Azərbaycan, Bakı / Trend E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 18-də saat 13.30-dan noyabrın 19-u saat 01.10-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 17.50-dən 22.40-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 23.05-dən 00.00-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Veysəlli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, noyabrın 19-da saat 03.10-dan 03.59-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.
.