...

Müxalifətyönlü partiya beynəlxalq təşkilatlara və dövlət başçısına müraciət edəcək

Siyasət Materials 19 Noyabr 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifətyönlü Yeni Zaman Partiyasının dövlət qeydiyyatına alınmaması ilə bağlı gələn həftə beynəlxalq təşkilatlara və dövlət başçısı İlham Əliyevə müraciət ünvanlanacaq. Bu barədə bazar ertəsi Trend ə partiyanın sədri Musa Ağayev məlumat verib.

Yeni Zaman Partiyası bu il iyulun 15-də təsis olunub, avqustun 10-da sənədləri, qeydiyyata alınması üçün, Ədliyyə Nazirliyinə təqdim edilib.

Ağayevin sözlərinə görə, partiyanın müraciətlərindən sonra nazirlikdən bildiriblər ki, siyasi partiyaların qeydiyyata alınması üçün konkret müddət yoxdur. Partiya isə, hesab edir ki, bu, qanun pozuntusudur, siyasi pariyaların müraciətlərinə 35 gün ərzində baxılmalıdır.

"Ona görə də biz gələn həftə beynəlxalq təşkilatlara, prezidentin, Prezident Aparatının rəhbər şəxslərinin ünvanına məktubla müraciət göndərərək, onlardan Yeni Zaman Partiyasının qeydiyyatının təmin olunması üçün iş görmələrini xahiş edəcəyik"-deyə partiya sədri bildirib.

O, əlavə edib ki, Ədliyyə Nazirliyindən rəsmi yazılı cavab verilmədiyi üçün, məhkəməyə müraciət edə bilmirlər.

Xəbər lenti

Xəbər lenti