...

MSK aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayıb

Siyasət Materials 3 Dekabr 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün kurslara başlayıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bazar ertəsi Trend ə bildirib ki, dekabrın 26-na kimi davam edəcək kurslarda Dairə Seçki komissiyalarının 5000 üzvü, Məntəqə Seçki komissiyalarının isə 1000 sədri iştirak edəcək.

MSK aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün hər il silsilə kurslar və seminarlar keçirir. MSK artıq DSK sədrləri üçün seminarları başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti