...

Azərbaycan və Kuba iqtisadi əlaqələrin canlandırılmasında maraqlıdır – səfir

Siyasət Materials 4 Dekabr 2007 13:04 (UTC +04:00)
Azərbaycan və Kuba iqtisadi əlaqələrin canlandırılmasında maraqlıdır – səfir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycan Kuba ilə iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Çərşənbə axşamı Havanadan Azərbaycanın Kubadakı səfiri Aqşin Mehtiyevin verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bu ölkənin rəsmi şəxsləri ilə görüşü zamanı bildirib.

"Kuba Azərbaycana dostdan da yaxındır və beynəlxalq arenada daima dəstərk göstərir. Biz iqtisadi münasibətlərin canlandırılmasında maraqlıyıq" - deyə Kubanın xarici investisiya və iqtisadi əlaqələr naziri Martoy Lomasla görüş zamanı Babayev bildirib.

Azərbaycanın nümayəndə heyəti Havanaya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün səfər edib. Tərəflər həm iqtisadi, həm də səhiyyə, idman, təhsil, informasiya texnologiyaları və turizm sahələrində hər iki tərəf üçün faydalı olan əməkdaşlıq məsələlərini müzakirə ediblər. Danışıqların yekununda protokol imzalanıb.

Azərbaycan nümayəndə heyəti həmçinin Havanada Azərbaycan səfirliyinin açılış mərasimində Kubanın Xarici Siyasət İdarəsinin başçısı Felipe Peresa Rokenin adından iştirak edən xarici işlər nazirinin müavini Abelardo Moreno ilə də görüş keçirib.

Azərbaycanın Kubadəkı səfirliyi noyabrdan fəaliyyət gösərməyə başlayıb. Azərbaycan prezidentinin sərəncamı ilə ölkənin BMT-dəki daimi nümayəndəsi eyni zamanda bir neçə vəzifəni icra etməklə Kubada səfir vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti