...

"Vəhabiləri şiəliyə alternativ qüvvə kimi gücləndirirlər"-Rusiyalı politoloq

Siyasət Materials 4 Dekabr 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Azərbaycan hakimiyyəti vəhabilyin yayılmasını gələcəkdə təhlükəyə çevriləcəyini istisna etmir. "Vəhabiləri şiəliyə alternativ qüvvə kimi gücləndirirlər"-Rusiyalı politoloq və Rusiya İslam Təşkilatının sədri Heydər Camal bildirib.

Camal çərşənbə axşamı Trend ə eksklüziv musahibəsində bildirib ki, vəhabilik Azərbaycanda şiəliyə qarşı və şiəliyin yayılmasına mane olmaq məqsədilə , gizli qüvvələr tərəfindən dəstəklənir. Səudiyyə Ərəbistanının qeyri - rəsmi təşkilatları Azərbaycanda vəhabiliyi yaymaq istəyirlər. Bu qüvvənin yaranması, şiəliyin inkişafına və yayılmasına mane olacaq. Vəhabiliyin yayılması ABŞ-ın da maraqlarına uyğundur. Həmin səbəbdən, ABŞ vəhabilərin gəlir mənbəyi olan Səudiyyə Ərəbistanında şirkətlərin bank hesablarını dondursa da, bu qüvvələri aradan qaldırmağa çalışmır; gələcəkdə daxili münaqişələrdə, yaxud, müharibələrdə şiəliyə qarşı istifadə olunacaq"-deyə Rusiyalı politoloq bildirib.

Camalın fikrincə, bəzi daxili qüvvələrin vəhabilərə dəstək verməsi istisna olunmur, lakin, onların xarici qüvvələr tərəfindən dəstəklənməsi daha çox ehtimal olunur. "Şiəlik bir zaman Azərbaycanda siyasiləşə bilər, hətta, hakimiyyəti ələ keçirmək iddiasında da ola bilər. Şiəliyə qarşı vəhabilərin alternativ qüvvə kimi ,qabaqcadan gücləndirilməsi gözlənilməz deyil"-deyə, Camal bildirib.

Xəbər lenti

Xəbər lenti