...

MSK nümayəndələri Gürcüstanda və Qırğızıstanda seçkiləri müşahidə edəcəklər

Siyasət Materials 7 Dekabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Gürcüstanda keçiriləcək prezident seçkisini və Qırğızıstanda keçiriləcək parlament seçkisini müşahidə edəcəklər. Bu barədə cümə günü Trend ə MSK-dan məlumat verilib.

Yanvarın 5-də Gürcüstanda növbədənkənar prezident seçkisi, dekabrın 16-da Qırğızıstanda parlament seçkisi olacaq. Gürcüstanın Mərkəzi Seçki Komissiyasından prezident seçkisinin müşahidə olunması üçün Azərbaycanın MSK-ya dəvət gəlib. Azərbaycan MSK-nın nümayəndələri müşahidə prosesində iştirak edəcəklər.

MSK nümayəndələri Qırğızıstandakı seçkini MDB müşahidə missiyasının tərkibində müşahidə edəcəklər.

Xəbər lenti

Xəbər lenti