...

56 nəfər korrupsiya hallarına görə ittiham olunub - Azərbaycanın baş prokuroru

Siyasət Materials 10 Dekabr 2007 12:29 (UTC +04:00)
56 nəfər korrupsiya hallarına görə ittiham olunub - Azərbaycanın baş prokuroru

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbəliyeva/ Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu il 56 nəfər haqqında 29 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib, bazar ertəsi jurnalistlərə baş prokuror Zakir Qaralov bildirib. Onun sözlərinə görə, hazırda idarənin istintaq şöbəsinin icraatında 30 cinayət işinin istintaqı davam etdirilir.

İyulda prezident tərəfindən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strateqiya" imzalanıb, sənəd 2007-2011 illəri əhatə edir.

Baş prokuror deyib ki, korrupsiyaya görə məsuliyyətə cəlb olunan şəxslər rüşvət alma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və digər vəzifə cinayətlərində ittiham olunurlar.

Qaralov bildirib ki, korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və korrupsiya halları ilə bağlı məlumat bazasının yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti