...

AŞPA-nın Monitorinq Komitəsi Ukraynaya faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinə baxacaq

Siyasət Materials 15 Dekabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Ukraynaya faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinə baxacaq. "Faktaraşdırıcı missiya Ukraynanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi səviyyəsini, parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyəti öyrənəcək", -deyə şənbə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıyeva bildirib.

Monitorinq Komitəsinin iclası dekabrın 18-də Parisdə keçiriləcək. İclasda Azərbaycanı Hacıyeva təmsil edəcək.

Onun sözlərinə görə, faktaraşdırıcı missiya Ukraynanın öz öhdəliklərini yerinə yetirməsi və ölkədəki vəziyyətlə bağlı haesabat hazırlayacaq: "Həmin hesabat AŞPA-nın sessiyasında müzakirə olunacaq və məsələyə qiymət veriləcək".

Monitorinq Komitəsinin iclasında eyni zamanda, Gürcüstan, Makedoniya, Cernoqoriya (Monteqerna), Serbiya və Ermənistanın Avropa Şurası qarşısında götürdüyü ödəliklərin yerinə yetirilməsi, Türkiyənin post-monitorinqinin nəticələri müzakirə olunacaq

Xəbər lenti

Xəbər lenti