...

Gürcüstan mültəq imcini bərpa etməlidir- AŞPA-nın eksperti

Siyasət Materials 22 Dekabr 2007 15:42 (UTC +04:00)
Gürcüstan mültəq imcini bərpa etməlidir- AŞPA-nın eksperti

Fransa, Paris /"Trend ", müxbir A.Məhərrəmli, E.Hüseynov/ Noyabrın əvvəlində Gürcüstanda müxalifətin nümayişlərinə cavab olaraq fövqəladə halın elan olunması bu ölkənin imicinə zərbə vurdu və Tbilisi imicini bərpa etməlidir. "Son hadisələr Gürcüstanın imicinə ziyan vurdu. İtirilmiş imici bərpa etmək lazımdır" - deyə AŞPA-nın Gürcüstan üzrə həmməruzəçisi Kastriot İslami (Kastriot Islami) Trend ə müsahibəsində bildirib. Oktyabrın sonları, noyabrın əvvəllərində müxalifətin prezidentin istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edən nümayişi hökumətə təzyiq vasitəsi oldu. Nəticədə Gürcüstan prezidenti noyabrın 7-də fövqəladə hal elan etdi və yanvarın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul etdi. "Fövqəladə halın elan edilməsi, "İmedi" telekanalının bağlanması beynəlxalq ictimaiyyət tərəfindən pisləndi" - deyə İslami bildirib. İslaminin sözlərinə görə, dekabrın 18-19-da Parisdə AŞPA-nın monitorinq komitəsinin iclasında Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə dair məruzə müzakirə olunub. "Bu məruzə iki hissədən ibarətdir. Birinci hissə noyabrın 7-nə qədər baş verən hadisələrə qədərki dövr nəzərə alınmaqla hazırlanıb. İkinci hissə isə, noyabrın 7-dən sonra baş verən hadisələri və prezident seçkilərinə hazırlıq məsələlərini əhatə edir" - deyə İslami qeyd edib.

İslaminin sözlərinə görə, komitə böyük səy göstərib və vəziyyəti balanslaşdırılmış şəkildə təqdim edib. "Biz Gürcüstan hökumətindən ədalətli və müstəqil prezident seçkilərinin keçirilməsi üçün müxalifətlə birlikdə lazımi hüquqi baza yaratmağı xahiş etmişik" - deyə ekspert qeyd edib. Biz prezident seçkilərinin bəzi detallarını da müzakirə etdik, müzakirə olunan məsələlərə seçici siyahılarının hazırlanması, inzibati resurslardan istifadə olunması, seçki məntəqələrində kameraların quraşdırılması daxildir. Avropa Şurası Gürcüstan hökumətinə və müxaifətinə əhalinin hörmətini və ictimaiyyətin etimadını qazanmaq üçün birgə işləməyi təklif edib.

Həmməruzəçi hesab edir ki, Gürcüstanda 2003-cü ildə "qızılgül inqilabı"ndan sonra demokratik cəmiyyət istiqamətində, xüsusilə iqtisadi sahədə, korrupsiya ilə mübarizədə, qanunvericilik sahəsində əhəmiyyətli irəliləyişlər baş verib. "Lakin Gürcüstanda həll olunası problemlər çoxdur. Bu məqsədlə Abxaziya və Cənubi Asetiyada dondurulmuş münaqişələrin həlli böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, biz 7 noyabrda baş verənlərin şahidi olduq. Beynəlxalq ictimaiyyət Gürcüstana bu sahədə kömək etməyə hazırdır" - deyə həmməruzəçi bildirib və qeyd edib ki, baş verən dəyişikləri nəzərə alsaq Gürcüstanın NATO-ya inteqrasiya etmək şansı var.

Xəbər lenti

Xəbər lenti