Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan prezidentliyinə namizədlər hesab edirlər ki, mövcud vəziyyətdə Badri Patarkatsişvilinin prezident postuna namizədliyini geri götürməsi yeganə düzgün qərardır.
"Bu, hazırkı vaxtda Patarkatsişvilinin qəbul edə biləcəyi yeganə variatdır. Bunun üçün onun hansı səbəblərinin olmasını yəqin ki, biz sonra biləcəyik. Hakimiyyət dairələri artıq bir dəfə Patarkatsişvili və Qelbaxianidən istifadə edib. Lakin onların məlum rəqiblərə qarşı Saakaşviliyə necə lazım olacağını görəcəyik" -deyə "İmedi" partiyasının lideri İrina Sarişvili bildirib.
Gürcüstanın prezident postuna namizədlər Giorgi Maisaşvili və David Qamkrelidze hesab edir ki, Badri Patarkatsişvilinin hərəkəti nəticəsində daha çox "İmedi" teleşirkəti zərər çəkib.
"Patarkatsişvilinin addımının ən böyük qurbanı müstəqil "İmedi" teleşirkəti olub. Bu fonda, mən hesab edirəm ki, Patarkatsişvili üçün yeganə məntiqli qərar namizədliyin geri götürülməsi oldu" - deyə Qamkrelidze bildirib.
"İctimaiyyətə Patarkatsişvilinin hansı üsullarla hakimiyyət uğrunda mübarizə apardığı aydın oldu. "İmedi"nin yayımlanması Patarkatsişvilinin fəaliyyəti ilə əlaqədardır" - deyə Maisaşvili bildirib.
Gürcüstan prezidentilyinə namizəd, Leyboristlər partiyasının lideri Şalva Natelaşvili isə, hesab edir ki, Patarkatsişvili hakimiyyətin təzyiqləri nəticəsində seçkidə iştirak etməkdən imtina edib. Şalva Natelaşvili Avropa İttifaqı ölkələrini yenidən, ikinci dəfə prezidentliyə namizədliyini irali sürən Mixail Saakaşvilinin prezident seçkilərində iştirak etməkdən imtina etməsinə təzyiq göstəməyə çağırıb" - deyə o vurğulayıb.
Patarkatsişvilinin öz namizədliyini geri götürməsinə dair qərarını ikinci dəfə namizədliyini irəli sürən Mixail Saakaşvili və Birləşmiş Müxalifəti təmsil edən Levan Qaçeçiladze hələ şərh etməyiblər.