...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 28 Dekabr 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ CİF liman Augusta şərtləri ilə Azərbaycan neftinin qiyməti dekabrın 27-də $88,12/barr təşkil edib. 1994-ci ildən yüngül neft hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumatda deyilir ki, cümə axşamı neftin qiyməti ötən həftənin cümə günü ilə müqayisədə $3,69/barr. artıb. Bayramlarla əlaqədar dekabrın 24-dən 26-dək neftlə birja əqləri keçirilməyib. Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. ARDNŞ-dən bildiriblər ki, dekabrın 27-də FOB türk limanı Ceyhan şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $94,6/barr təşkil edib. Bu, əvvəlki qiymətdən $3,76/barr çoxdur. Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, Novorossiysk limanından URALS növlü neft satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır. Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.URALS neftinin qiyməti dekabrın 27-də $89,12/barr təşkil edib və bu, əvvəlki qiymətdən $3,34/barr çoxdur. Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növü ilə də analoji hal baş verib. Dekabrın 27-də Brent Dated növlü neftin qiyməti $95,93/barr çatıb və bu, əvvəlki qiymətdən $4,43/barr çoxdur.

Xəbər lenti

Xəbər lenti