...

Bakıda dörd nəfər dəm qazından ölüb

Siyasət Materials 29 Dekabr 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı şəhərində cümə günü bir gündə dörd nəfər dəm qazından ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend ə bildiriblər ki, Binəqədi rayonu Dərnəgül qəsəbəsindəki qarajda məişətdə istifadə edilən qaz balonunun sızmasından Naxçıvan şəhər sakini Arif Əliyev boğularaq ölüb. Həmin gün şəhərin A.Məhərrəmov küçəsi ev 22, mənzil 10 ünvanında yaşayanlar Tahirə Əlibəyova, onun qızı Xalidə və nəvəsi Emil evlərində təbii qazın sızmasından ölüblər.

Faktla bağlı Bakı şəhər Baş Polis idarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti