...

Gürcüstanın Bakıdakı səfirliyində səsvermə keçirilir

Siyasət Materials 5 Yanvar 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə, Y.Əliyev/ Gürcüstanda keçirilən prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də şənbə qünü seçki məntəqəsi təşkil olunub. Bakıdakı seçki komissiyasının sədri Tamara Qoşadzenin verdiyi məlumata görə, Azərbaycanda təşkil olunan yeganə məntəqədə rəsmi olaraq 722 Gürcüstan vətəndaşı qeydiyyata alınıb. Adı seçici siyahısında olmayan vətəndaşlar isə şəxsiyyətini təsdiq edən sənədlə seçki prosesinə qatıla bilərlər.

Bu gün Gürcüstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Qoşadze bildirnib ki, günün bitrinci yarısında səsvermədə 100-dən çox vətəndaş iştirak edib. Onun sözlərinə görə, səfirlikdəki səsvermədə gürcələrdən daha çox Gürcüstanın azərbaycanlı vətəndaşları daha fəal iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti