...

Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın əsas tərəfdaşlarından biridir – amerikalı konqresmen

Siyasət Materials 11 Yanvar 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir K.Ramazanova/ Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın əsas tərəfdaşlarından biridir. Bu barədə cümə günü Bakıda jurnalistlərə konqresmen, ABŞ Konqresi Nümayəndələr palatasının Azərbaycan üzrə işçi qrupunun həmsədri Vilyam Şuster bildirib.

"Azərbaycan bizim strateji tərəfdaşımız və regionda əsas müttəfiqlərimizdən biridir" - deyə konqresmen bildirib.

Yanvarın 9-da ABŞ-ın konqresmenlərindən ibarət digər nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyətinə Florida ştatından olan konqresmen, Demokratlar Partiyasının nümayəndəsi Robert Veksler başçılıq edirdi. Onlar Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər.

Şusterin sözlərinə görə, Azərbaycana səfər tanışlıq xarakteri daşıyır. Nümayəndə heyəti Azərbaycanın Müdafiə Nazirliyində görüş keçirməyi planlaşdırır.

Nüfuzlu respublikaçı senator Riçard Luqar yanvarın 13-14-də Azərbaycana gələcək. Səfərdə məqsəd ölkələr arasında ikitərəfli münasibətlərin genişləndirilməsi məsələsinin müzakirəsidir. Səfər zamanı senator Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. O, həmçinin Dövlət Neft Şirkəti (ARDNŞ) və müxtəlif fondların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti