...

Cənubi Qafqaz Parlament Təşübbüs Qrupu fəaliyyətini dayandıra bilər

Siyasət Materials 14 Yanvar 2008 11:55 (UTC +04:00)
Cənubi Qafqaz Parlament Təşübbüs Qrupu fəaliyyətini dayandıra bilər

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir İ.Əlizadə/ Cənubi Qafqaz Parlament Təşübbüs Qrupu fəaliyyətini dayandıra bilər. "Bir neçə dəfə müraciət olunmasına baxmayaraq, Ermənistan Cənubi Qafqaz Parlament Təşübbüs Qrupundakı nümayəndə heyətini formalaşdırmır və qrupun fəaliyyətini davam etdirib-etdirməyəcəyi məlum deyil", -deyə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycanın Cənubi Qafqaz Parlament Təşübbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Siyavuş Novruzov məlumat verib.

Cənubi Qafqaz Parlament Təşübbüs Qrupu Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının təşəbbüsü ilə yaradılıb. Məqsəd üç Cənubi Qafqaz ölkəsi arasında əlaqələri genişləndirməkdir və bu, Avropa Şurası və Avropa İttifaqı tərəfindən də dəstəklənir. Qrupda Azərbaycan, Gürcüstan və Ermənistan hər birindən 10 millət vəkili olmaqla təmsil olunur. Qrupun rəhbəri altı aydan bir dəyişir. Hazırda qrupa Azərbaycan sədrlik edir. Nizamnaməyə görə, qrupun iclasları ildə iki dəfədən az olmayaraq keçirilməlidir.

Novruzov qeyd edib ki, Ermənistanın Cənubi Qafqaz Parlament Təşübbüs Qrupundakı parlament nümayəndə heyətini formalaşdırmamasının səbəbləri məlum deyil. Onun sözlərinə görə, LİNKS təşkilatının rəhbərliyi və Avropa İttifaqının bir necə strukturu rəsmi şəkildə Ermənistan parlamentinə müraciət edib ki, qrupun fəaliyyəti ilə bağlı mövqeyini açıqlasın. Lakin Ermənistan bu müraciətlərə cavab vermir.

"Azərbaycan Cənubi Qafqaz Parlament Təşübbüs Qrupunun fəaliyyətini davam etdirməsində maraqlıdır. Qrupun toplantılarında gündəmə gətirdiyimiz məsələlər Gürcüstan tərəfindən də müdafiə olunur və Ermənistan orada təklikdə qalıb. Ona görə də Ermənistan qrupun toplantılarında iştirak etmək istəmir" - deyə Novruzov əlavə edib.

Xəbər lenti

Xəbər lenti