...

Cəzaçəkmə Müəssisəsində baş verən insidentlə bağlı cinayət işi açılıb

Siyasət Materials 15 Yanvar 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir E.Hüseynli, K.Zərbalıyeva/ Bakı şəhər Hərbi Prokurorluğunda ötən həftə 16 saylı Cəzaçəkmə Müəssisəsinin mühafizə bölüyündə xidmət edən əsgərin xidməti silahla qəsdi ilə bağlı cinayət işi açılıb. Bu barədə çərşənbə axşamı Trend ə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin əsgəri Rövşən İsgəndərov xidməti silahı ilə özünü yaralamışdı. İsgəndərov Bakının 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma (335-ci) maddəsilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti