...

Ermənistanla müharibə başa çatmayıb –Azərbaycan prezidenti

Siyasət Materials 17 Yanvar 2008 12:14 (UTC +04:00)
Ermənistanla müharibə başa çatmayıb –Azərbaycan prezidenti

Azərbaycan, Ağdam, 17 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Ermənistanla müharibənin başa çatmadığını bəyan edib və onu "yalançı qələbə barəsində" təşviqat aparmaqda ittiham edib.

"Ermənistan müharibəni qazanmayıb. Müharibə başa çatmayıb. Müharibənin birinci mərhələsi yekunlaşıb" - deyə Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya Kompleksinin açılış mərasimində bildirib.

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistan xarici dəstək hesabına Azərbaycan torpaqlarını zəbt edib. O vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı 5-6 dəfə Ermənistan iqtisadiyyatını üstələyir. "Azərbaycanın iqtisadi inkişafı onun mövqelərini möhkəmləndirir" - deyə Əliyev bildirib.

Prezident həmçinin, Ermənistanın mövqeyində Dağlıq Qarabağın müstəqilliyinə dair tələblərin dəyişməsini önə çəkib. Onun sözlərinə görə, əgər Ermənistan 5-6 il əvvəl işğal olunmuş ərazilərin müstəqilliyini tələb edirdisə, hazırda onun mövqeyi dəyişib.

O əlavə edib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq və bu mövqeyi beynəlxalq vasitəsçilər də dəstəkləyir. "Ermənistan məcburi şəkildə bu reallığı qəbul edir. Əvvəllər söhbət dörd rayonun, indi isə yeddi rayonun qaytarılmasından gedir" - deyə Əliyev əlavə edib.

O həmçinin, müasir Ermənistanin ərazisi barədə fikir bildirib. "İrəvan şəhəri 1918-ci ildə ermənilərə hədiyyə edilmişdir. Bu böyük səhvdir. İravan xanlığı Azərbaycan torpağı olub, ermənilər isə bura qonaq qismində gəliblər" - deyə Əliyev söyləyib

Azərbaycan prezidenti beynəlxalq təşkilatların ölkədə insan haqları sahəsindəki vəziyyətlə bağlı iddialarına dair öz münasibətini ifadə edib və bu iddiaları haqsız hesab edib. "Beynəlxalq təşkilatlar bu məsələdə ikili standartlara yol verir. Onlar daha çox bir milyondan artıq insanın haqlarını pozan Ermənistanı günahlandırmalıdırlar" - deyə Əliyev bilidirib.

Xəbər lenti

Xəbər lenti