Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən İran-Azərbaycan marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin qanunsuz dövriyyəsilə məşgul olan dəstəni zərərsizləşdirib. MTN və DSX-nin çərşənbə axşamı Trend ə daxil olan birgə məlumatında bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində, İrandan Azərbaycana qanunsuz gətirilən 77 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Saxlanılanların üçü Azərbaycan, biri İran vətəndaşıdır.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3) maddələri ilə cinayət işi başlanıb.