...

Gəncənin polis strukturunda yeni təyinat olub

Siyasət Materials 23 Yanvar 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir E.Hüseynli/ Gəncə şəhərinin polis strukturunda yeni təyinat olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov çərşənbə günü Trend ə bildirib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Elçin Qasımov Gəncə şəhəri Kəpəz rayonu Polis İdarəsinin rəisi təyin olunub. Qasımov bu vəzifəyə təyin olunmazdan öncə Binəqədi rayon Polis İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

Kəpəz rayonu Polis İdarəsinin əvvəlki rəisi Sahib İsmayılov DİN-in "Dinamo" İdman Cəmiyyətinin rəhbəri vəzifəsində çalışır.

Xəbər lenti

Xəbər lenti