...

Müsavat müxalifət partiyasının fəalı partiyadaşını xəyanətdə günahlandırır

Siyasət Materials 26 Yanvar 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / müxbir C.Babayeva/ Müsavat partiyasının gənclər təşkilatının keçmiş sədri Elnur Məmmədli bu vəzifəyə yeni seçilmiş Tural Abbaslını "Azərbaycan Yolu" siyasi hərəkatının rəhbəri İlqar Qasımovla əməkdaşlıqda günahlandırıb. Bu barədə Məmmədlinin partiyanın Şura üzvlərinə ünvanlanan müraciətində deyilir.

Ötən il Müsavat partiyasının bütöv rayon bölmələri "Azərbaycan Yolu" siyasi hərəkatına keçiblər. Partiya bu barədə məlumatı inkar edərək bildirib ki. AYSH-ə keçənlərin sayı artırılıb, rayon bölmələrini isə, Müavatın ondan bir qədər çox üzvü tərk edib. Həmçinin, partiya gənclər təşkilatının sədri Elnur Məmmədlini AYSH sədri İlqar Qasımovla əlaqədə günhlandırmağa başlayıb.

"Gənclər təşkilatının konfransına hazırlıq zamanı partiya məni nüfuzdan salmaq üçün mənin "Azərbaycan Yolu" Siyasi Hərəkatı ilə yaxın münasibətlərim haqqımda şayiə buraxmağa başladığı halda, yeni sədr Tural Abbaslı özü İlqar Qasımovun siyasi hərəkatı tərəfindən təşkil olunan piketdə iştirak edib", --Məmmədlinin müraciətində deyilir.

"Azərbaycan Yolu" Siyasi Hərəkatının gənclərlə iş üzrə sədr müavini Taleh Əliyev şənbə günü Trend -ə keçmişdə böyük nüfuza malik olan Müsavat partiyasının fəaliyyətinin bu gün təkcə İlqar Qasımova qarşı yönəldiyini bildirib.

"Mitinqlərin təşkili zamanı biz hamıya müraciət edirik və aksiya iştirakçılarının adbaad siyahısını tərtib etmirik", - Əliyev bildirib.

Onun sözlərinə görə, Abbaslı da aksiyalarda iştirak edə bilərdi.

"Biz Müsavat gənclərinin arasında dövlət maraqlarını partiya maraqlarından üstün tutanların olmasından çox şadıq", - Əliyev söyləyib.

Ötən ilin martında keçirilən konfransda Elnur Məmmədli Müsavat partiyasının gənclər təşkilatının sədri seçilib. Konfrans, partiya Şurası tərəfindən yaş həddinə dair Nizamnaməyə edilmiş dəyişikliklərlə əlaqədar olaraq. tanınmayıb. Ötən il dekabrın 23-də təşkilatın növbəti konfransında Abbaslı yeni sədr seçilib. Yanvarın 27-də Müsavat partiyasının Şurasının iclası keçiriləcək və iclasda onun gənclər təşkilatının sədri vəzifəsinə təsdiq edilməsi gözlənilir.

Məmmədli, Abbaslının seçildiyi konfransın hüquq pozuntuları ilə keçdiyinə əsaslanaraq, yeni sədri qeyri-legitim sayır.

"Gənclər təşkilatının partiyanın tələblərinə cavab verən yeni konfransının çağrılmasını məqsədəuyğun hesab edirəm" -müraciətdə deyilir.

Tural Abbaslı Məmmədlinin ittihamlarını rədd edib və konfransın keçirilməsi zamanı heç bir qanun pozuntusu olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti