...

İqtidaryönlü partiyaların Məşvərət Məclisi seçkiyə bir neçə namizədlə qatıla bilər

Siyasət Materials 28 Yanvar 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar/ Trend müxbir E.Hüseynli/ Azərbaycanın iqtidaryönlü partiyalarını özündə birləşdirən Məşvərət Məclisi prezident seçkisi ilə bağlı aktiv siyasətə qayıdır. "Prezident seçkisində seçki kampaniyasının düzgün aparılması üçün seçki qərargahı yaradılacaq" bazar ertəsi Trend ə Məclisin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. İqtidaryönlü partiyaların böyük bir qismi indiki prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan edib. Üç müxalifət - Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf parrtiyalarını özündə birləşdirən "Azadlıq" bloku isə seçki komissiyalarının tərkibinin dəyişməyəcəyi təqdirdə, prezident seçkisini boykot edəcəklərini açıqlayıb.

Əlizadə deyib ki, hakim Yeni Azərbaycan Partiyası MM-nin seçki kampaniyasında iştirak etməyə bilər. Eyni zamanda, Məclisə üzv olan partiyaların bəzilərinin seçkilərə ayrıca öz namizədləri ilə qatılacağı da istisna olunmur. Əlizadə bildirib ki, Məclis öz namizədi ilə iştirak edəcək partiyalarla əməkdaşlığını müvəqqəti dayandıracaq.

İqtidaryönlü Məşvərət Məclisinə 9 partiya - Azərbaycan Naminə Alyans, Milli Dövlətçilik, Demokratik Maarifçilik, Respublikaçılar, Azad Respublikaçılar, Demokratik Azərbaycan Dünyası, Ana Vətən, Sosial Rifah və Mübarizlər partiyaları daxildir.

Xəbər lenti

Xəbər lenti