...

Ukrayna prezidenti Qara dəniz regionunda azad ticarət zonasının yaradılması mövqeyindən çıxış edir

Siyasət Materials 14 Fevral 2008 13:52 (UTC +04:00)
Ukrayna prezidenti  Qara dəniz regionunda azad ticarət zonasının yaradılması mövqeyindən çıxış edir

Ukrayna, Kiyev, 14 fevral / Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşenko Qara dənizdə azad ticarət zonasının yaradılması mövqeyindən çıxış edir. Bu barədə o, bu gün Kiyevdə Avropa İttifaqına üzv ölkələr və Qara dəniz regionu dövlətləri xarici işlər nazirlərinin görüşündə bildirib.

Ukrayna prezidenti "Qara dəniz qarşılıqlı fəaliyyət" proqramı üzrə əməkdaşlığın inkişafı nəticəsində Qara dəniz regionu dövlətlərinin vətandaşlarının, mal, kapital və xidmətlərin azad hərəkət prinsiplərinin tədricən həyata keçməsi ilə hərəkətinə ümid etdiyini bildirib.

"Biz regionda istisna və məhdudiyyətsiz, ÜTT norma və qaydaları əsasında hər şeyi əhatə edən azad ticarət zonasının yaradılması naminə çıxış edirik" - deyə Yuşenko qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti