...

Azərbaycanın müxalifət partiyası prezidentliyə namizədini müəyyənləşdirib

Siyasət Materials 16 Fevral 2008 13:00 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası prezidentliyə namizədini müəyyənləşdirib

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) fevralın 16-da keçirilən Ali Məclisinin iclasında partiyanın sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi alternativsiz olaraq irəli sürülüb.

Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək. ADP seçkilərdə iştirak qərarını verib. Partiyanın funksioneri Qurban Məmmədov Cəlaloğlunun xeyrinə namizədliyini geri götürüb. "Azadlıq" blokunda təmsil olunan müxalif Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları seçki komissiyalarını paritet əsasda formalaşdırılmayacağı təqdirdə aktiv boykot taktikasını seçəcəklərini bildiriblər. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə partiyanın sədri, indiki prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini açıqlayıb.

Cəlaloğlu iclasdakı çıxışında deyib ki, ADP-nin bir il əvvəl irəli sürdüyü iqtidarla dialoq ideyası bu gün digər müxalifət partiyaları tərəfindən dəstəklənir. Onun sözlərinə görə, ADP-nin bir il əvvəl qəbul etdiyi yeni siyasi kurs müxalifət düşərgəsində təzyiq və qınaqlarla qarşılandı, lakin indi digər müxalifət partiyaları da başa düşürlər ki, siyasi riyakarlıqdan qaçmaq lazımdır.

İclasdakı çıxışı zamanı Qurban Məmmədov isə deyib ki, prezident seçkilərinin kampaniyası zamanı seçki saxtakarlığı mövcud olarsa, partiya seçkiləri boykot etməlidir.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti