...

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər etməyi planlaşdırır – Baş nazir

Siyasət Materials 20 Fevral 2008 12:34 (UTC +04:00)
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər etməyi planlaşdırır – Baş nazir

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.Ağayeva/ Qırğızıstan prezidenti Kurmanbek Bakiyev yaxın vaxtlarda Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Səfər ilkin olaraq cari ilin ikinci rübünə planlaşdırılıb. Dəqiq tarix əlavə olaraq müəyyənləşdiriləcək. Bu barədə Trend a çərşənbə günü elektron poçt ilə Qırğızıstanın Baş naziri İqor Çudinov məlumat verib. "Əsas məsələ Azərbaycanla dialoqun qurulmasıdır" - deyə hökumət başçısı bildirib.

"Son 11 ildə Azərbaycan və Qırğızıstan arasında yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilməyib. Bu dövr ərzində həm Qırğızıstanda, həm də Azərbaycanda çox şey dəyişib, yalnız bir şey - bizim qardaş xalqlarımızın dostluq və qarşılıqlı faydalı əlaqələri davam etdirmək üçün səy və istəkləri istisna olmaqla. Bundan əlavə, ticari-iqtisadi və mədəni-humanitar məsələlər müzakirə olunacaq" - deyə o bildirib.

Baş nazir bildirib ki, qırğız tərəfi həmçinin yaxın perspektivdə akreditə ilə Bakıda və digər Qafqaz respublikalarında səfirlik açmaq barədə düşünməlidir.

Xəbər lenti

Xəbər lenti