...

Azərbaycan hökuməti Parlamentdə hesabat verəcək

Siyasət Materials 28 Fevral 2008 13:14 (UTC +04:00)
Azərbaycan hökuməti Parlamentdə hesabat verəcək

Azərbaycan, Bakı, 28 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti (Nazirlər Kabineti) martın 14-də Parlamentdə ötən ilin sosial-iqtisadi yekunları ilə bağlı hesabat verəcək. "Hökumətin 2007-ci illə bağlı hesabatı ötən illərdə verilən hesatlardan daha geniş və əhatəli olacaq. Hesabatın strukturu da təkmilləşdiriləcək" - deyə cümə axşamı Trend ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq Parlamentdə aparılan müzakirələr zamanı verilən təkliflər və səsləndirilən iradlara ayrı-ayrı nazirliklərin cavabı hesabatda əks olunacaq.

"Hökumətin hesabatı bu gün Parlamentə təqdim olunacaq" - deyə komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti