...

Azərbaycan Müdafiə Nazirliyinə məxsus ərzaq məhsullarının satışı aşkarlanıb

Siyasət Materials 4 Mart 2008 13:15 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinə məxsus ərzaq məhsullarının satışı aşkarlanıb

Azərbaycan, Bərdə, 04 mart / Trend , müxbir Ş.Cəliloğlu/ Tərtər rayonunda Müdafiə Nazirliyinə məxsus ərzaq məhsullarının satışı aşkarlanıb. Rayonun polis şöbəsindən çərşənbə axşamı Trend un bölgə müxbirinin məlumatına görə, martın 4-də keçirilən əməliyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinə məxsus satışı qadağan olan ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olan rayon sakini, 1957-ci il təvəllüdlü İlham Məhəmməd oğlu Ələkbərov tutulub.

Aparılan əməliyyat zamanı Ələkbərova məxsus olan evdən 31 toyuq, 4 kisə qarabaşaq, 53 balıq konservi, 6 ədəd 2 litrlik yağ tapılıb.

Faktla əlaqədar Tərtər rayon Hərbi Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Müdafiə Nazirliyi əlavə məlumat verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti