...

Azərbaycan deputatları İranın ölkəmizdəki səfirini Parlamentə dəvət ediblər

Siyasət Materials 4 Mart 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin martın 4-də keçirilən iclasında deputatlar Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı Tehranda keçirilən anım mərasiminin polis tərəfindən dağıdılmasının səbəblərinə aydınlıq gətirilməsi üçün İranın ölkəmizdəki səfirini Milli Məclisə dəvət ediblər. "Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında məsələ ilə bağlı xüsusi dinləmə keçirilməli və İran səfiri dinləmələrə dəvət edilərək, ondan hesabat tələb olunmalıdır" Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

Həsənquliyev qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və Parlamenti İranın bu cür qonşuluq münasibətlərinə sığmayan hərəkətləri ilə bağlı İslam Konfransı Təşkilatını məlumatlandırmalıdır.

Deputat Qənirə Paşayeva da Həsənquliyevin təklifini dəstəkləyib, qeyd edib ki, Azərbaycan səfirinə qarşı hörmətsizlik Azərbaycan dövlətinə və Xocalıda həlak olan insanların ruhuna qarşı hörmətsizlikdir. Azərbaycan dövləti bu məsələyə ciddi reaksiya verməlidir, İran tərəfi məsələyə aydınlıq gətirməlidir.

Xəbər lenti

Xəbər lenti