...

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçiləcəyi tarix dəqiqləşib

Siyasət Materials 5 Mart 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış QHT qruplarının iclaslarının vaxtı açıqlanıb. Azərbaycan Prezidentinin İcra Aparatından çərşənbə günü bildirilib ki, iclaslar martın 11-də başlayacaq və 19-da başa çatacaq. İnsan hüquqları və demokratiya qrupunun iclası martın 11-də, Ailə, qadın və uşaq məsələləri - martın 12-də, Qaçqın, köçkün, əlil və veteranların məsələləri - martın 13-də, İqtisadi və sosial məsələlər - martın 14-də, Təhsil, elm və mədəniyyət - martın 15-də, Gənclər və vətənpərvərlik - martın 17-də, Səhiyyə, sağlamlıq və ekologiya - martın 18-də, Narkomaniya, korrupsiya, insan alveri və terrorizmə qarşı mübarizə - martın 19-da keçiriləcək. Hər bir ixtisaslaşmış qrupun yığıncağında sənədlərini həmin qrupa təqdim edən qeyri-hökumət təşkilatlarının nümayəndələri və onlar tərəfindən irəli sürülən namizədlər iştirak edə bilərlər. Yığıncaqlar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclas zalında saat 10.00-da başlanacaq. Nümayəndələrin qeydiyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaq.

Xəbər lenti

Xəbər lenti