...

Azərbaycan prezidenti Pakistanın səfirini qəbul edib

Siyasət Materials 6 Mart 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Pakistanın fövqəladə və səlahiyyətli səfiri Cavid Qureyşini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Prezident Əliyev Azərbaycanla Pakistan arasında dostluq əlaqələrinin bütün istiqamətlərdə müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayaraq, səfir kimi Qureyşinin ölkəmizdə fəaliyyəti dövründə bu əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini bildirib.

Səfir iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti