...

AŞ-nın Azərbaycanda apardığı monitorinqin dayandırılması götürülən öhdəliklərin yerinə yetirilməsindən asılıdır - "AQO" monitorinq qrupunun rəhbəri (video)

Siyasət Materials 3 Aprel 2008 01:40 (UTC +04:00)
AŞ-nın Azərbaycanda apardığı monitorinqin dayandırılması götürülən öhdəliklərin yerinə yetirilməsindən asılıdır - "AQO" monitorinq qrupunun rəhbəri (video)

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir İ.Alizadə/ Avropa Şurasının Azərbaycanda apardığı monitorinqin dayandırılması götürülən öhdəliklərdən, AŞPA qərarından və Azərbaycanda gedən proseslərdən asılıdır. Bunu aprelin 2-də Heydər Əliyevin adına Binə hava limanında jurnalistlərin suallarını cavablandırarkən AŞ Nazirlər Komitəsinin sədri, "AQO" monitorinq qrupunun rəhbəri Pyer Syergen deyib. Syergen Bakıya Cənubi Qafqaz respublikalarına səfəri çərçivəsində gəlib.

Monitorinq qrupunun rəhbəri qeyd edib ki, səfərin məqsədi öhdəliklərin yerinə yetirilməsinə prosesini öyrənməkdir.

Ermənistanda gedən proseslərə gəldikdə isə Syergen geniş danışmaq istəməyib. Yalnız onu bildirib ki, prezident seçkilərindən sonra respublikada Yerevandakı hadisələr və ölkənin məhkəmə sisteminin vəziyyəti ilə bağlı monitorinq keçirilib. Lakin araşdırmalar yekunlaşmadığı üçün Syergen konkret nəticələrlə bağlı fikirlərini açıqlamaqdan boyun qaçırıb.

"Erməni siyasətçilərinin aclıq aksiyası ilə bağlı faktlar araşdırıldıqdan sonra öz mövqeyimizi açıqlayacağıq. Hələlik məsələ ilə bağlı konkret məlumatlar yoxdur", - deyə Syergen fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti