...

Ukraynanın özünün seçim etmək hüququ var - Ukrayna prezidenti

Siyasət Materials 4 Aprel 2008 12:51 (UTC +04:00)
Ukraynanın özünün seçim etmək hüququ var - Ukrayna prezidenti

Azərbayan, Bakı, 04 aprel / " , müx. A.Qasımova/ NATO üzvlüyünə dair məsələdə Ukraynanın özünün seçim etmək hüququ var. Bu barədə Alyansın Buxarestdə keçirilən sammitində Ukrayna prezidenti Viktor Yuşenko bu gün çıxış edərkən bildirib: "Bizim NATO məsələsində müstəqil seçim etmək hüququmuz var və bizim NATO-dakı maraqlarımız heç bir ölkəyə qarşı istiqamətlənməyib".

Cümə axşamı, Alyansın Buxarest sammitində Gürcüstan və Ukraynanın Şimali Atlantika Alyansına Üzvlük üzrə Fəaliyyət Planına (MAR) qoşulmasının dekabr ayına kimi təxirə salınması barədə qərar qəbul olunub.

Yuşenkonun sözlərinə görə, Ukrayna Alyansın üzvü olmadan NATO-nun bütün proqramlarında iştirak edən yeganə ölkədir. "Biz öz məqsədlərimizi qəti bilirik və ona doğru gedirik" - Yuşenko əlavə edib.Hazırkı mərhələdə səkkiz Avropa dövləti, o cümlədən Almaniya və Fransa Ukrayna və Gürcüstanın NATO-ya üzvlük üzrə namizəd statusuna qoşulmasına qarşı çıxış edir. Lakin NATO-nun Baş katibi Yap de Xup Sxeffer Buxarestdə bildirib ki, Alyans Ukrayna və Gürcüstan ilə müntəzəm dialoq rejiminə keçir və həmin ölkələrin MAR-a qoşulma məsələsinə cari ilin sonunda baxılacaq.

Xəbər lenti

Xəbər lenti