...

Bu ilin birinci rübündə paytaxtda yol qəzaları azalıb

Siyasət Materials 8 Aprel 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Bu ilin birinci rübündə paytaxtda baş vermiş yol qəzaları ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov çərşənbə axşamı Trend a bildirib ki, bu ilin birinci rübündə 254 yol qəzası zamanı 56 ölüm, 278 xəsarət qeydə alınıb.

Bu da ötən illə müqayisədə 56 qəza, 35 ölüm, 92 xəsarət azdır.

Əsədov bunu yol polisi əməkdaşlarının gördüyü qabaqlayıcı tədbirlərin nəticəsi hesab edir.

Qəzaların əsas səbəbi avtomobillərin yüksək sürətlə idarə olunması ilə əlaqədar olur. Hesabat dövründə avtomobillərin yüksək sürətlə idarə olunması ilə bağlı 5355 fakt qeydə alınıb.

Digər səbəblər isə ötmə əməliyyatlarının aparılması, avtomobilin sərxoş və texniki cəhətdən nasaz idarə olunmasıdır.

İlin ilk 3 ayında Bakıda 122 min 157 yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. Pozuntuların 1627-si avtomobilin sərxoş idarə olunması, 418-i polisə tabe olmama, 4350-si işıqforun qırmızı işığını keçmə, 275-i avtomobilin dövlət nömrə nişanı olmadan, 2234-ü sürücülük vəsiqəsi olmadan idarə olunması, 233-ü axtoxuliqanlıq, 279-u pərdə plyonka ilə avtomobillərin idarə olunması ilə bağlıdır.

Qəzaların əksəriyyəti sutkanın qaranlıq vaxtlarında baş verib.

Sərnişindaşınma sahəsində isə 3529 pozuntu aşkar olunub. Rüb ərzində avtobuslar tərəfindən 28 yol qəzası törədilib və 7 nəfər həlak olub, 30 nəfər yaralanıb. Qəzaların 73-ü toqquşma, 14-ü aşma, 16-sı maneə vurma olub.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti