...

Azərbaycan prezidenti bir sıra hökumətlərarası Sazişlərin təsdiq olunması ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 9 Aprel 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü 2008-ci il martın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında borc öhdəliklərinin və maliyyə tələblərinin tənzimlənməsi haqqında Saziş"in təsdiq olunması barədə sərəncam imzalayıb. Prezidentin həmin gün imzaladığı digər sərəncamlar isə, 2008-ci il fevralın 26-da Varşava şəhərində imzalanmış "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Polşa Televiziyası arasında Əməkdaşlıq Sazişi"nin və 2008-ci il martın 12-də Buxarest şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə Rumıniya İqtisadiyyat və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi haqqında olub.

Xəbər lenti

Xəbər lenti