...

Xanlar Hacıyev yenidən İnsan haqları üzrə Avropa Məhkəməsinin hakimi seçilib

Siyasət Materials 14 Aprel 2008 13:49 (UTC +04:00)
Xanlar Hacıyev yenidən İnsan haqları üzrə Avropa Məhkəməsinin hakimi seçilib

Fransa, Strasburq, 14 aprel / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclasında İnsan haqları üzrə Avropa Məhkəməsində Azərbaycandan olan hakimin namizədliyi təsdiq edilib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bazar ertəsi verdiyi məlumata görə, Büro Xanlar Hacıyevi yenidən bu vəzifəyə seçib.

"Xanlar Hacıyev irəli sürülən namizədlər arasında ən təcrübəli olması amili nəzərə alınaraq seçilib" -Seyidov bildirib.

Son üç ildə Azərbaycandan İnsan haqları üzrə Avropa Məhkəməsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvü Səadət Yusifovanın namizədliyi irəli sürülüb.

Sabahdan bu məsələ bazar ertəsi Strasburqda öz işinə başlayan AŞ PA sessiyasında müzakirə olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti