...

NATO missiyasının Azərbaycana səfəri başlayıb

Siyasət Materials 21 Aprel 2008 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir E.Hüseynli/ NATO-nun missiyası bu gündən Azərbaycana səfəri başlayıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Keçmiş sovet ölkəsi olan Azərbaycan 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, NATO ilə əməkdaşlıq edir və fəal surətdə hərbi islahatlar və NATO standartlarına keçid həyata keçirir. Ekspertlər Gürcüstan və Ukraynadan sonra NATO üzvlüyünə namizədlərdən birinin, SSRİ dağıldıqdan sonra sovet nümunəli silahlardan geniş istifadə edən Azərbaycanın ola biləcəyini ehtimal edirlər.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, NATO-nun missiyası aprelion 21-də Bakı şəhərində "Planlaşdırma və Analiz Prosesi və Fərdi Tərəfdaşlığın Fəaliyyət planı üzrə qiymətləndirmədə iştirak edəcək. Qiymətləndirmə aprelin 25-də başa çatacaq.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsasları 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" çərçivə proqram-sənədinin imzalanması ilə qoyulub. 1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən rəsmi sənəd imzalanıb. Hazırda bu proqrama əsasən, Azərbaycan, üzərinə qoyulan təxminən 50 tərəfdaşlıq vəzifələrini yerinə yetirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti