...

İran Buşerdəki AES üçün avadanlıqlardan ibarət yükün Azərbaycan-İran sərhədində saxlanılmasında gömrük problemlərindən savayı başqa səbəb görmür – səfir

Siyasət Materials 23 Aprel 2008 18:21 (UTC +04:00)
İran Buşerdəki AES üçün avadanlıqlardan ibarət yükün Azərbaycan-İran sərhədində saxlanılmasında gömrük problemlərindən savayı başqa səbəb görmür – səfir

Azərbaycan, Bakı, 23 aprel/ Trend müxbir S.Ağayeva, M.Əliyev/ İran hesab edir ki, Buşerdəki AES üçün avadanlıqlalrdan ibarət yükün Azərbaycan-İran sərhədində saxlanılmasının səbəbi gömrük problemləri ilə bağlıdır və məsələnin tezliklə həll ediləcəyinə ümid edir. Bu barədə Trend -a çərşənbə günü İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare məlumat verib.

"Biz yükün saxlanılmasında başqa səbəblər görmürük və ümid edirik ki, problem yaxın vaxtlarda aradan qaldırılacaq", - səfir bildirib.

Rusiyadan İrana gedən Buşerdəki AES üçün yük martın 29-da Azərbaycan-İran sərhəddində Astara gömrük məntəqəsində saxlanılıb. Əldə olan məlumatlara görə, buna səbəbi tranzit üçün Azərbaycan hökumətinin verməli olduğu xüsusi icazənin olmaması olub.

"İrana gedən yolda yükün saxlanılması məsələsini, onun çatdırılmasına görə məsuliyyət daşıyan "Atomstroyeksport" həll etməlidir", - diplomat hesab edir.

Azərbaycan Rusiya tərəfinə yükün xarakterinə dair sorğu göndərib və bu sorğuya cavab gözləyir.

"Atomstroyeksport" mətubat katibi İrina Yesipova çərşənbə günü Trend -a bildirib ki, "Atomstroyeksport"un "Buşer" AES üçün nəzərdə tutulan yükü ikitəyinatlı, xüsusən də nüvə materialı deyil.

O bildirib ki, Rusiya ixrac nəzarəti sahəsində bütün beynəlxalq rejimlərə qoşulub və Azərbaycan -İran sərhədində saxlanılan yükün sənədələri beynəlxalq avtodaşımaların bütün tələblərinə əsasən hazırlanıb və rəsmiləşdirilib.

""Buşer" AES-in tikilməsi haqqında müqavilə üzrə ixraca göndərilən avadanlıq tam həcmdə ixrac nəzarəti prosedurunu keçib. Avadanlığa verilən XİF MN (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası) kodları bu yükün ikitəyinatlı mallar siyahısına daxil olmadığını göstərir. İstilik izolyasiya avadanlığı nüvə materialı deyil",- Yesipova qeyd edib.

O bildirib ki, "Atomstroyeksport" RF-nin Azərbaycandakı səfirliyi ilə birlikdə vəziyyətin nizamlanması ilə məşğul olur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti