...

İran BMT-dən İsrailin bu təşkilata üzv olmaq hüququnun ləğv olunmasını tələb edib

Siyasət Materials 26 Aprel 2008 12:09 (UTC +04:00)
İran BMT-dən İsrailin bu təşkilata üzv olmaq hüququnun ləğv olunmasını tələb edib

Azərbaycan, Bakı, 26 aprel/ Trend , müxbir D.Xatınoğlu/ İran XİN rəhbəri BMT Baş katibinə açıq məktubla müraciət edərək, İsrailin bu təşkilata üzv olduğu halda Qəzzə regionunda yenə də fələstinlilər əleyhinə hərbi əməliyyatlar aparmasını tənqid edib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin Trend -a verdiyi məlumata əsasən, İran xarici işlər naziri Mənuçehr Müttəki BMT Baş katibi Ban Ki Mon-a yazdığı məktubda İsrailin Qəzzədəki "cinayətləri" davam etdirdiyi bir halda, beynəlxalq ictimaiyyətin və insan haqları üzrə təşkilatların buna biganə yanaşmasından təəccüb etdiyini bildirib.

"Fələstin xalqını vəhşicəsinə qətliam edən, mütəşəkkil dövlət terrorçuluğu ilə məşğul olan sionsit rejim hələ də BMT-nin üzvlüyündə qalmaqdadır. Cənabınız yaxşı bilir ki, bu rejim BMT-də şərti olaraq üzvlüyə qəbul edilən yeganə dövlətdir. Halbuki, bu rejim özünün heç bir öhdəliyinə əməl etmir" - deyə Müttəki əlavə edib.

"Farda" Çexiya radiosunun bu gün yayımladığı məlumata əsasən, İsrail rəsmiləri bu ittihamları rədd edərək, bildirirlər ki, Qəzzədə fəaliyyət göstərən "Hamas" hərəkatı bu sektorun sərhədində əhaliyə göndərilmiş yanacaq və ərzaq yardımlarının qarşısını almaqla, beynəlxalq ictimaiyyətə göstərmək isyəyir ki, İsrail fələstin xalqına siyasi-iqtisadi təzyiqlər göstərir.

BBC-nin aprelin 25-də yaydığı məlumata əsasən, İsrailin Qəzzə sektorunda hərbi əməliyyatları davam etdirməsi nəticəsində bu regionun əhalisi ərzaq və dərman qıtlığı ilə üzləşib, məişət böhranı yaşayır.

Xəbər lenti

Xəbər lenti