...

Rusiya Azərbaycandan beynəlxalq tranzit qaydalarını pozmağı tələb etməməlidir – nazir müavini (video)

Siyasət Materials 26 Aprel 2008 14:30 (UTC +04:00)
Rusiya Azərbaycandan beynəlxalq tranzit qaydalarını pozmağı tələb etməməlidir – nazir müavini (video)

Azərbaycan, Bakı, 26 aprel/ Trend müxbir K.Ramazanova/ Rəsmi Bakı Rusiya tərəfindən yükün tərkibi haqqında izahat olmadan İrandakı atom elektrik stansiyası üçün nəzərdə tutulan yükü buraxmaq niyyətində deyil.

"Rusiya bizə avtoqatarın tərkibi və sonuncu istifadəçinin kimin olması barədə sənədlər təqdim etməlidir", - bu barədə şənbə günü, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə məlumat verib.

Rusiyadan İrana gedən və Buşerdəki AES üçün nəzərdə tutulmuş yük martın 29-da Azərbaycan-İran sərhəddində, Astara gömrük məntəqəsində saxlanılıb. Əldə olan məlumatlara görə, buna səbəbi tranzit üçün Azərbaycan hökumətinin verməli olduğu xüsusi icazənin olmaması olub.

Əzimov əlavə edib ki, bu məsələ siyasi xarakter daşımır. Lakin, Azərbaycan beynəlxalq tranzit qaydalarına əməl etməlidir. "Rusiya bizdən bu qaydaları pozmağı tələb etməməlidir", - o bildirib.

Rəsmi Moskva Buşerdəki AES-in tikintisinin podratçısı olan "Atomstroyeksport"a məsus yükün tərkibinə haqqında Azərbaycanın sorğusuna cavab verməyə tələsmir.

"Atomstroyeksport" mətubat katibi İrina Yesipova çərşənbə günü Trend -a bildirib ki, "Atomstroyeksport"un "Buşer" AES üçün nəzərdə tutulan yükü ikitəyinatlı, xüsusən də nüvə materialı deyil.

""Buşer" AES-in tikilməsi haqqında müqavilə üzrə ixraca göndərilən avadanlıq tam həcmdə ixrac nəzarəti prosedurunu keçib. İstilik izolyasiya avadanlığı nüvə materialı deyil",- Yesipova qeyd edib.

O bildirib ki, "Atomstroyeksport" RF-nin Azərbaycandakı səfirliyi ilə birlikdə vəziyyətin nizamlanması ilə məşğul olmağa davam edir.

İran hesab edir ki, Buşerdəki AES üçün avadanlıqdan ibarət yükün Azərbaycan-İran sərhədində saxlanılmasının səbəbi gömrük problemləri ilə bağlıdır və məsələnin tezliklə həll ediləcəyinə ümid edir. Bu barədə Trend -a İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare məlumat verib.

"Biz yükün saxlanılmasının başqa səbəblərini görmürük və ümid edirik ki, problem yaxın vaxtlarda aradan qaldırılacaq", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti