Azərbaycan, Bakı, 01 may/ Trend , müxbir S.Ağayeva/ Misirdəki avtobus qəzası zamanı həlak olan və yaralananlar arasında azərbaycanlılar yoxdur.
Azərbaycanın Qahirədəki səfirliyi Misirin hüquq-mühafizə orqanlarından öyrənib ki, cümə axşamı baş vermiş turist avtobusu qəzasının qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov telefonla Qahirədən Trend -a bildirib.
Səfir Misirin yerli hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, cümə axşamı səhər turist avtobusunun aşması nəticəsində səkkiz nəfər ölüb, 23 nəfər yaralanıb.
Misir KİV-in məlumatına görə, avtobusda İtaliya, Rumıniya, Rusiya və Ukraynadan turistlər olublar.
Xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, məşhur Şarm-əl-Şeyx kurortundan Qahirəyə gedən avtobus döngədə dönə bilməyib və aşıb. Avtobusda yanğın başlayıb və zərərçəkənlərin bir neçəsi ciddi yanıq xəsarəti alıblar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]