...

Gürcüstan Azərbaycan konsulluğunun açılması məsələsini yubadır

Siyasət Materials 6 May 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycan əhalisinin kompakt yaşadığı Kvemo-Kartli regionunun Marneuli şəhərində Azərbaycan Konsulluğunun açılması ilə bağlı rəsmi olaraq ikinci notanı Gürcüstan XİN-nə təqdim edib. Bu barədə çərşənbə axşamı Trend a Tbilisidən telefonla səfirliyin mətbuat katibi Elxan Poluxov məumat verib.

"Gürcüstan XİN-dən bildirirlər ki, hazırda məsələyə baxılır", - deyə Poluxov vurğulayıb.

Səfirliyin Gürcüstan XİN-ə ilk notası mart ayında təqdim olunub. Gürcüstanın Azərbaycandakı səfirliyi vəziyyətə şərh vermir.

Gürcüstanda, əsasən də Kvemo-Kartli regionunda təxminən 500 min azərbaycanlı kompakt şəkildə yaşayır. Azərbaycan səfirliyi Gürcüstanda 1996-cı ildən fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti