Azərbaycan, Bakı, 10 may / Trend / Azərbaycan Prezidenti İlham Əliyev, xanımı və ailə üzvləri birlikdə mayın 10-da Bakının Zərifə Əliyeva küçəsində, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vaxtilə yaşadıqları 22 nömrəli binada xatirə lövhələrinin açılışı olmuşdur.
Dövlətimizin başçısı xatirə lövhələrinin üzərindən ağ örtüyü götürdü, önünə gül dəstələri qoydu.
Xatirə lövhələrində "Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətçiliyinin banisi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev 1962-1982-ci illərdə bu evdə yaşamışdır" və "Azərbaycanın görkəmli ictimai xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1962-1982-ci illərdə bu evdə yaşamışdır" sözləri yazılmışdır.
Prezident İlham Əliyev xatirə lövhələrinin müəllifi xalq rəssamı, akademik Ömər Eldarova təşəkkürünü bildirdi.