...

Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qərar qəbul edəcək

Siyasət Materials 14 May 2008 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir M.Əliyev/ Avropa Şurası Venesiya Komissiyasının plenar iclasında Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı məsələ müzakirə olunacaq. Bu barədə Trend a çərşənbə günü Strasburqdan telefonla Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov məlumat verib.

"İyunun 12-14-də Strasburqda Venesiya Komissiyasının plenar iclası keçiriləcək və burada yekun qərarlar qəbul olunacaq", - deyə Kuznetsov bildirib.

Avropa Şurasının Venesiya Komissiyası, ATƏT və Azərbaycan hakimiyyəti 2008-ci ildə nəzərdə tutulan prezident seçkiləri öncəsi Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıblar. Müzakirələrin yekunu üzrə Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə dair iki layihə Azərbaycan Parlamentinə təqdim olunub. Layihənin biri Azərbaycanın Prezident Administrasiyası tərəfindən təqdim olunub, digəri isə Milli Məclisin komissiyası tərəfindən hazırlanıb.

Bu gün Azərbaycan Parlamentində Prezident Administrasiyası tərəfindən təqdim olunan layihə üzrə müzakirələr başlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan trend

Xəbər lenti

Xəbər lenti