Ukrayna, Kiyev, 22 may / " müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycan prezidenti İlham Əliyevi І dərəcəli knyaz Yaroslav Mudrı ordenilə təltif edib. Bu haqda Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.
Fərmana əsasən, mükafat İlham Əliyevin Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəsinə görə təqdim olunub.
İlham Əliyev Viktor Yuşşenkonu Ukrayna və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə Heydər Əliyev ordeni ilə təltif edib.
Dövlət mükafatlarının təqdim olunması mərasimi Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfəri çərçivəsində baş tutub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]