...

Azərbaycanın hakim partiyasının qurultayında struktur və kadr dəyişiklikləri müzakirə olunmayacaq

Siyasət Materials 26 May 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) qarşıdan gələn qurultayında struktur və kadr dəyişiklikləri müzakirə olunmayacaq. "Qurultayın gündəliyində yalnız bir məsələ olacaq. Bu da YAP-ın prezident seçkisində iştirak edəcək namizədinin rəsmi şəkildə irəli sürülməsi məsələsidir", - deyə bazar ertəsi Trend -a açıqlamasında Azərbaycan parlamentinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

Trend -un arayışı: YAP-ın qurultayı payızadək keçirilcək. Hakim partiyanın Siyasi Şurasının bir necə üzvü hesab edir ki, YAP-da struktur və kadr dəyişikliyinə ehtiyac var.

"YAP-ın qurultayından ciddi struktur və kadr dəyişikliyi gözləmək düzgün deyil. Belə bir addım atılmayacaq", - deyə Muradova əlavə edib.

İdarə Heyətinin üzvü bildirib ki, qurutlayda vakant olan partiya sədrinin birinci müavini və müavini vəzifələrinə təyinat da olmayacaq.

Onun sözlərinə görə, partiyann Nizamnaməsinə uyğun olaraq keçiriləcək növbəti qurultaylardan birində struktur və kadr dəyişikliyi məsələsinə baxıla bilər.

"YAP daim yeniləşən, müasir dövrün tələblərinə uyğunlaşan və bütün siyasi partiyalardan daha cəsarətlə kadr və struktur dəyişikliyi həyata keçirən təşkilatdır. Bu, çox normal prosesdir və burada qeyri-adi hal yoxdur", - deyə YAP rəsmisi əlavə edib.

YAP 1992-ci ildə, o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti