...

Terrorizm üzərində qələbə sülhə xidmət edən İslamın imicinin qorunması üçün lazımdır – ABŞ-ın keçmiş səfiri

Siyasət Materials 4 İyun 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir E.Tariverdiyeva/ ABŞ -ın Liviyadakı keçmiş səfiri Devid Mak (David Mack) hesab edir ki, İraq ərazisində terrorizm, xüsusilə də "Əl-Qaidə" üzərində qələbə ABŞ -a deyil, dünya dini kimi İslamın imicinin qorunması üçün, daha çox müsəlmanların özlərinə lazımdır. "Yalnız müsəlman hökumətləri və ictimaiyyəti sülhə və Allahın iradəsinə xidmət edən İslam dininin şöhrətinin qorunması üçün bu mübarizədə uğura nail ola bilər", - deyə çərşənbə günü Trend a elektron poçt ilə Yaxın Şərq İnstitutunun (ABŞ) vitse-prezidenti, səfir Mak bildirib.

Türkiyənin "TimeTurk" informasiya agentliyinin iyunun 1-də verdiyi xəbərə görə, Ağ Evin antiterrorizm üzrə keçmiş koordinatoru Riçard Klark bəyan edib ki, qoşunlar İraqdan çıxarıldıqdan sonra, "Əl-Qaidə"yə qarşı ideoloji müharibəyə başlamaq lazımdır. Bu, terrorçular üzərində güc tətbiq etmədən qələbə qazanmağa imkan verəcək.

Mak hesab edir ki, "Əl-Qaidə" İraqda heç vaxt güclü olmayıb və iraqlıların dəstəyi ilə təmin olunub, ilk növbədə, ABŞ işğalı və 2005-ci ilin yanvar ayında ABŞ-ın nəzarəti altında seçilən hökumətə qarşı müqavimət kontekstində. "Bu hökumət kürdlərin və şilələrin dini partiyalarının güclü təsiri altında olub. ABŞ silahlı qüvvələrinin xarici döyüşçülərə qarşı sünnilərin hərbi qruplaşmaları ilə taktiki əməkdaşlığa hazır olması barədə məlumat yayılan kimi, müsəlman dünyasında "Əl-Qaidə"nin mövqeyi əhəmiyyətli dərəcədə zəiflədi", - deyə yüksək vəzifəli ekspert bildirib.

Makın sözlərinə görə, "Əl-Qaidə" İraqda müsəlman qardaşlarının öldürülməsinə görə, geniş tənqidə məruz qaldı. O hesab edir ki, yaxın vaxtlarda ABŞ qoşunları İraqdan çıxarılacağı təqdirdə, "Əl-Qaidə"nin müsəlmanlar arasında şöhrəti kəskin şəkildə zəifləyəcək.

"Birləşmiş Ştatlar islam terror qruplaşmaları üzərində "ideoloji müharibə"də uğur əldə edə bilməyəcək. Amerikalılar bu mübarizədə müsəlman hökumətləri və ictimaiyyətinə kömək edə bilər, belə ki, milyonlarla amerikalı müsəlman ABŞ-da tərəqqi edir, bu ölkədə onların hüquqlarına hörmətlə yanaşılır", - deyə Mak bildirib.

"Əl-Qaidə" - 80-cı illərin ortalarında Sovet qoşunları ilə mübarizə aparmaq üçün ABŞ-ın dəstəyi ilə Əfqanıstanda yaradılan beynəlxalq terror təşkilatıdır. Sovet qoşunları Əfqanıstandan çıxarılandan sonra "Əl-Qaidə" ABŞ-a, habelə "Qərb dünyası" ölkələrinə və islam ölkələrində onların tərəfdarlarına qarşı mübarizəyə başladı. Təşkilatın məqsədi islam ölkələrində dünyəvi rejimin devrilməsi və "Böyük islam xilafəti"nin yaradılmasıdır. 1998-ci ildə Kenuya və Tanzaniyanın paytaxtlarında ABŞ səfirliklərinin partladılmasından sonra "Əl-Qaidə" dünyada bir nömrəli terrorçu təşkilat kimi tanınmağa başladı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti