Azərbaycan, Bakı, 05 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı "Statoil Hydro" şirkətinin baş icraçı direktoru Helge Linqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Norveçin "Statoil" şirkəti arasında uzun illər davam edən səmərəli əməkdaşlıqdan söhbət açılıb, Bakıda keçirilən 15- ci neft-qaz sərgisinin əhəmiyyəti qeyd olunaraq, sərginin enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət etdiyi vurğulanıb.
Görüşdə, həmçinin "Statoil" şirkəti ilə əməkdaşlığın gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.