...

Azərbaycanın eks-spikeri hakimiyyət dəyişikliyi baş verəcəyinə inanmır

Siyasət Materials 6 İyun 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın eks-spikeri hesab edir ki, bu il ölkədə keçiriləcək prezident seçkisi nəticəsində hakimiyyət dəyişikliyi baş verməyəcək. "Reallıq ondan ibarətdir ki, bu gün hakimiyyətin namizədinə alternativ yoxdur və hakimiyyət dəyişikliyi baş verməyəcək. Yəni həm xarizma, həm mövcud resurslar, həm də xalqın bütün təbəqələri tərəfindən tanınmaq baxımından, hakimiyyətin namizədi ilə rəqabət aparacaq şəxs mövcud deyil", -deyə cümə günü Trend -a eks-spiker Yaqub Məmmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyədək Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Məmmədov bildirib ki, onun özünün seçki ilə bağlı mövqeyi müəyyən qədər aydınlaşıb. "Mən özüm namizədliyimi irəli sürməyəcəyəm. Bununla belə, hansı namizədi dəstəkləyəcəyimi müəyyən etməmişəm. Seçki kampaniyasına rəsmən start verildikdən sonra qeydiyyata alınan namizədlərlə ətraflı tanış olub, götür-qoy edib, son qərarımı verəcəyəm" - deyən Məmmədov 2005-ci il parlamaent seçkiləri ərəfəsində "Yeni Siyasət" bloku çərçivəsində əməkdaşlıq etdiyi politoloq Eldar Namazovu dəstəkləyə biləcəyi barədə suala qeyri-müəyyən cavab verib. O bildirib ki, Namazovu uzun müəddətdir tanıyır və yaxın münasibətləri var. "Ancaq mən hələlik kimisə dəstəkləmək barədə yekun qərara gəlməmişəm. " - deyə Məmmədov bildirib.

Məmmədov 1992-ci ilin martında parlamentin spikeri olub. Ayaz Mütəllibov prezident kürsüsündən kənarlaşdırıldıqda, bir müəddət onu əvəz edib. Elə həmin il AXC hakimiyyətə gəldikdən sonra vəzifəsindən istefa verib. Məmmədov 2005-ci il parlament seçkilərində müxalif "Yeni Siyasət" blokunun həmtəsisçisi olub və millət vəkilliyinə namizədliyini irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti