...

Ekspertlər Avropa təhlükəsizliyinin təminatı üzrə yeni layihəni utopik ideya hesab edirlər

Siyasət Materials 17 İyun 2008 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir E.Tariverdiyeva/ Beynəlxalq ekspertlər Rusiya prezidenti Dmitri Medvedevin NATO-nun iş bacarığı olmayan təşkilat olması barədə bəyanatı ilə bağlı Avropanın təhlükəsizilyi ilə əlaqədar bu yaxınlarda təklif etdiyi yeni layihəni utopik ideya hesab edirlər.

"Medvedyevin belə düşünməsinə baxmayaraq, yalnız NATO strateji cəhətdən Avropanın gələcək təhlükəsizliyi üçün zəruri strukturdur", - deyə təhlükəsizlik üzrə avropalı ekspert Tomoyuki Haşimoto (Tomoyuki Hashimoto) hesab edir.

RF prezidenti bu yaxınlarda Almaniyaya səfəri zamanı Ümumavropa sammitinin təşkili və Avropanın təhlükəsizliyinə dair yeni hüquqi icbari sənədin hazırlanmasına dair ideya səsləndirib. Medvedyevin rəyinə görə, NATO Avropanın təhlükəsizlik məsələlərini həll etmir və Şimali Atlantika Alyansının Avropada hərbi məqsədlərini genişləndirməyəcəyinə zəmanət yoxdur.

"Mənim Avropada təhlükəsizlik sisteminin universal olmasını hesab etməyim üçün əsas yoxdur. NATO-ya gəldikdə isə, Avropanın təhlükəsizlik məsələsinin həllinə NATO lazım olmayacaq", - deyə RF prezidenti Rusiya Mətbuatının Ümumdünya Konqresi iştirakçılarının suallarına cavab verərkən bildirib.

NATO-nun Baş katibi Yap de Hoop Sxeffer Rusiya prezidenti Dmitri Medvedyevin Avropa qitəsinin təhlükəsizliyinin təmin edilməsində Şimali Atlantika Alyansının roluna dair rəyi ilə razı deyil. "Mən bu tənqidi qiymətləndirmə ilə razı deyiləm - o, öz təsdiqini tapmayıb", - deyə NATO rəhbəri cümə günü Brüsseldə müdafiə nazirləri səviyyəsində keçirilən Rusiya-NATO Şurasının iclasının yekunu üzrə bildirib.

Haşimoto hesab edir ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlük mövzusu ilə bağlı diplomatik möhtəkirliyini nəzərə alsaq, Medvedyevin NATO-ya dair bəyanatı siyasi jestin bir hissəsi ola bilər. "NATO zəruridir, ayrıca "Avropa ordusu"nun yaradılması ideyası bir tərəfə aparmır. Əlbəttə, hər bir Milli Avropa ordusu dünyadakı orduların əksəriyyətindən daha yüksək standartlara malikdir. Bununla belə, müharibənin aparılması üzrə adi ənənəvi üsullar təhlükəsizliyin girovu deyil, çünki təhlükənin yeni forması meydana gələ bilər və eyni zamanda, "Terrorçuluqla mübarizə" xüsusi problemə çevrilir", - deyə Dünya Beynəlxalq Elmlər Assosiasiyasının NATO üzrə mütəxəssisi Haşimoto çərşənbə axşamı elektron poçt ilə Trend a bildrib.

O hesab edir ki, bu məsələdən çıxış edərək, siyasi üstünlük milli suverenliyə deyil, multi-milli Avropanın nəzarətinə verilir ki, bu da Avropa ordusunun yaradılması prosesini çətinləşdrir.

Ekspertin sözlərinə görə, NATO, sözsüz ki, Avropada təhlükəsizlik boşluğunu doldurur. "Kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla, onun strateji aktivləri Avropa təhlükəsizliyi üçün mühüm həyati əhəmiyyətə malikdir. Belə olan halda, Avropa İttifaqı, həmçinin, Qərbi Avropa İttifaqı NATO-nun Avropa təhlükəsizliyindəki əsas roluna can atır", - deyə Haşimoto bildirib. Buna baxmayaraq, politoloq hesab edir ki, analoji arqumenti NATO üçün də gətirmək olar: NATO ənənəvi hərbi əməliyyatlara hazır olan təşkilatdır. Soyuq müharibə və ya Fars körfəzində müharibə hallarında Alyans, demək olar ki, həmişə Avropanı nüvə müharibəsi təhlükəsinə məruz qoyaraq, ənənəvi çıxış edib. Haşimoto güman edir ki, NATO terrorçuluqla mübarizəyə hazır deyil və ola bilsin ki, Medvedyevin sözlərində məntiq var. O əlavə edib ki, bu o demək deyil ki, digər ölkə və təşkilatlr təhlükəsizliyin təmin edilməsi üçün böyük imkanlara malikdir.

Politoloqun rəyinə görə, NATO-nun dünya üzrə insan resursları və idrakının təchiz edilməsi şəbəkəsinə malik olması mühümdür. "NATO yeni Avropa problemlərini həll etməyəcək, lakin yenə də bu təşkilat böyük potensiala malikdir. NATO sülh və hərb anlayışı siyasi, iqtisadi, hərbi və ümumbəşər rakursdan açıq olan daha universal təşkilata çevrilməlidir.

Təhlükəsizlik problemləri üzrə Avropa eksperti Kamil Zvolskinin (Kamil Zwolski) rəyinə görə, Rusiya prezidentinin NATO-nun təhlükəsizlik məsələlərinin həllinin qarantı olmadığı ilə əlaqədar, bütün Avropa ölkələrinin Avropa təhlükəsizliyi haqqında yeni müqavilə hazırlamalarını təklif etməsi üçün münasib vaxt deyil.

"Medvedyev öz təşəbbüsü ilə, İrlandiyada keçirilən referendumdan bir az əvvəl çıxış edib. Burada keçirilən referendumda üstünlük təşkil edən əksəriyyət Avropa İttifaqı institutlarının dəyişdirilməsi üzrə Lissabon Müqaviləsinin əleyhinə səs veriblər. Yaxın aylarda (ola bilsin, yaxın illərdə) Aİ öz səylərini onun mahiyyəti və mövcudluğunun əsasları arasında böhranın həll edilməsində cəmləşdirəcək", - Salford Universitetinin (Birləşmiş Krallıq) Avropa İttifaqı və beynəlxalq təhlükəsizlik sahəsində tədqiqatçısı Zvolski çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Ekspert güman edir ki, Rusiya prezident noyabrda seçiləcək yeni ABŞ prezidenti ilə əməkdaşlıq üçün ikimənalı çərçivələr yaradır. Medvedyev, bir tərəfdən, söyləyir ki, bəli, biz ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq etmək istəyirik. Digər tərəfdən, yeni prezidentdən ABŞ-ın Avropadakı siyasətini dəyişdirməyi tələb edir. Zvolski hesab edir ki, bu tələb tamamilə və de-fakto ABŞ-ın Avropada iştirakının ümumiyyətlə lazım olmadığına dəlalət edir.

Politoloqun Rusiya prezidentinin fikrilə bağlı rəyinə görə, Avropada artıq qəbul edilib ki, 21-ci əsrdə təhlükəsizlik geniş xarakter daşıyır və çoxtərəfli cavab tədbirləri tələb edir. Bu fakt artıq 2003-cü il tarixli Avropa təhlükəsizlik strategiyasında öz əksini tapıb və çox ehtimal ki, bu sənədin 2008-ci ilin sonunda yenidən nəzərdən keçiriləcək variantında daha çox vurğulanacaq.

Politoloq hesab edir ki, enerji ehtiyatlarına sabit çıxışın təmin edilməsi yaxın gələcəkdə Avropa üçün təhlükəsizlik sahəsində daha kəskin problemlərdən biri olacaq. Bu, həmçinin, Rusiyanın həlledici rol oynadığı sahədir. "Medvedyevin xaricə birinci səfəri Qazaxıstana edilib və bunun üçün səbəb var: Astana Moskvanın Xəzər hövzəsinin enerji ehtiyatlarına hakimlik strategiyasında vacib həlqədir. Eyni zamanda, Aİ və ABŞ Zaqafqaziyanı Rusiyanın iştirakını məhdudlaşdıraraq, Avropaya enerji tədarükünün diversifikasiyasına səbəb olacaq TransXəzər boru kəməri layihəsinə başlamağa çağırır", - Zavolski hesab edir.

2008-ci ilin iyununda Aİ və Türkmənistan enerji məsələləri üzrə "Anlaşma Memorandumu" imzalayıblar. Aİ gələcəkdə bu memorandumu hüquqi baxımdan daha çox möhkəmlənmiş sazişə çevirməyə ümid edir.

Ekspert əlavə edib ki, artıq 2007-ci ildə rusların Şimal qütbünə öz bayraqlarını sancmaları ilə əlaqədar fikir ayrılıqları yaranıb. "Avropa Şurasının 2008-ci ilin martında Brüsseldə yüksək səviyyədə keçirilən görüşündə bəyan edilib ki, qütb buzlarının əriməsi böyük karbohidrogen yataqlarına çıxış yaradır. Bu bəyanat enerji ehtiyatları uğrunda mübarizədə rəqabəti daha da sürətləndirə bilər", - politoloq söyləyib.

Zavolskinin rəyinə görə, Avropanın bütün ölkələrini və Rusiyanı əhatə edən təhlükəsizlik paktının yaradılması fikri çox alicənabdır. Belə ki, beynəlxalq siyasət üçün vacibdir ki, dövlətlər təhlükəsizlik məsələlərində rəqabət aparmasınlar və əməkdaşlıq etsinlər. Lakin Rusiyanın geosiyasətini və Avropanın müasir təhlükəsizlik problemləri anlayışını nəzərə alaraq, belə fikir,çətin ki, yaxın illərdə realizə olunsun, - o əlavə edib.

NATO bloku 1949-cu il aprelin 4-də Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsinin əsasında yaradılıb. 2007-ci il üçün NATO-nun tərkibinə 26 dövlət daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti