Azərbaycan, Bakı,18 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Moldova Parlamentinin sədri Marian Lupunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Marian Lupu Moldova Prezidenti Vladimir Voroninin salamlarını Prezident İlham Əliyevə çatdırıb vəAzərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik edib. sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın mövcud olduğunu bildirib və ölkələrimizin bir-birinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib, parlamentlərarası əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və münasibətlərimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.