...

Azərbaycan prezidenti İranın Parlament sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 20 İyun 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü İran İslam Respublikası Parlamenti sədrinin müavini Məhəmməd Abu Turabinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub, ölkələrarası əlaqələrin daha da genişlənməsində Parlamentlərarası əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti